Sabunçu icra başçısı şəhid anasının daxmasını sökdü - "3 MİN VER SÖKMƏYİM"

2022-05-13 14:23:00

Sabunçu icra başçısı şəhid anasının daxmasını sökdü -

Jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında Sabunçunun icra başçısı Adil Vəliyev tərəfindən şəhid ailəsinin evinin sökülməsi ilə bağlı məlumat verib. O qeyd edib ki, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlıya vətəndaşlardan bir tərəfindən verilmiş torpaq sahəsində tikilmiş daxma icra hakimiyyəti tərəfindən sökülüb:

"Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı: "Oğlum şəhid olandan sonra vətəndaşlardan biri mənə torpaq vermişdi, mən də başımı salmağa bir daxma tikmişdim. Sabunçunun icra başçısı Adil Vəliyev mənə dedi ki, tiksən sökəcəyəm, 3 min ver sökməyim. Bu gün gəlib evimi başıma uçurtdular. Ay prezident, hara baxırsan?"

Bağışla ana, prezidentin başı qarışıqdır, Şuşada festivaldadır".

Sabunçu rayon icra başçısı Adil Vəliyev isə deyilənləri təkzib edib. O torpaq sahəsinin Amil Əliyev adlı şəxs aid olduğunu qeyd edib:

“Şəhidimizin anası Mehriban Əbdülrəhmanova hansısa dələduzun toruna düşüb. Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, o köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşaası dayandırılıb. O şəxs də şəhid ailəsi adından istifadə edərək, tikintini başa çatdırmaq istəyir. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.

Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Cənab Prezident onlara hər cür qayğı göstərir. M. Əbdülrəhmanovaya Ramanı qəsəbəsində ev verilib. Ona yardımlar edilib".

QEYD: Mövzunu davam etdirəcəyik.

YƏHYA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya