Şabranda yanğın törədən şəxs saxlanıldı

2022-09-05 09:34:00

Şabranda yanğın törədən şəxs saxlanıldı

Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan  artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib. 

Bu barədə Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilib.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni  ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən  törətdiyini bildirib .

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Şabran RPŞ-də  araşdırma aparılır. 

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063169