Sabirabadda əməliyyat: odlu silahlar müsadirə edildi

2023-09-16 15:54:33

Sabirabadda əməliyyat: odlu silahlar müsadirə edildi

Sabirabad rayon sakinlərindən qanunsuz odlu silahlar götürülüb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində 15 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir./axar.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138381