Sabirabadda 10 gündə 3 körpə ölüb - Baş Prokurorluq araşdırır
2025-03-31 12:23:01

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü baş verib.
Hurriyyet.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, yeni doğulan üç körpənin ölümü son 10 gün ərzində olub.
