Saat:03:36
Haqqımızda

Sabir Rüstəmxanlı dərhal zəng vurur Anara və...

2024-02-06 23:30:23

Sabir Rüstəmxanlı dərhal zəng vurur Anara və...

Xatırlayırsınızsa bir neçə gün öncə Sabir Rüstəmxanlının 86 yaşlı Məmməd İsmayılla söhbətləşməsinə, xüsusən də, ömrünün bu çağında (iradəsizliyin bir az da qeyri-ixtiyari hökm sürdüyü çağında!) həmin dialoqlarda Məmməd İsmayılın yol verdiyi “Məmməd yanlışlıqları”na münasibət bildirib, o “yanlışlıqların” kökündə dayanan (kadrlarda “yanlışlıqları” etməyə şərait yaradan) Sabir Rüstəmxanlını haqlı olaraq tənqid etmişdim...və indi də qısaca deyirəm;

Sabir Rüstəmxanlı Məmməd İsmayılın TABLOsunu “yandırdı”...

İndi isə...gəlim digər məsələyə. Təsəvvür edirsinizmi, o söhbətləşmədən sonra Sabir Rüstəmxanlı dərhal zəng vurur Anara və məhz həmin kadrları izləməsini istəyir.

Anar da həmin dialoqları izlədikdən sonra “Ədəbiyyat qəzeti”ndə belə demək mümkünsə, bir “ibrətnamə” yazır...

Yazının bir hissəsində qeyd olunur:

“Hər bir insan nədəsə, haçansa, bəzən də təsir altına düşərək səmimi şəkildə yanıla bilər. Amma həyat hamıya elə amansız dərs verir ki, faktları elə dəqiq qarşıya çıxarır ki, hər kəs öz vicdanı qarşısında cavab verməli olur.”

Baxın, bu fikirləri diktator prinsipli, 36 ildir bir qurumu öz “əsarətində” saxlayıb, rəhbərliyi ilə bərbad duruma gətirən Anar yazır.

Qoy, Sabir Rüstəmxanlının “gözləri aydın olsun”, Məmməd də belə “gətirildi” hüzura...

 

Emil Rasimoğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000308