Saat:20:09
Haqqımızda

Sabir Rüstəmxanlı - Xəzər dənizində Allahın yaratdığı adalar var, onları Bakının ulduzuna çevirmək olar

2024-05-07 12:13:14

Sabir Rüstəmxanlı - Xəzər dənizində Allahın yaratdığı adalar var, onları Bakının ulduzuna çevirmək olar

“Xəzər dənizində Allahın yaratdığı adalar var, onları Bakının ulduzuna çevirmək olar”. Bu təklifi deputat Sabir Rüstəmxanlı Milli Məclisin mayın 7-də keçirilən iclasında səsləndirib.

Deputat bildirib ki, Xəzərdə süni ada yaradılacağına, təbii adalar abadlaşdırıla, yaşayış salına bilər:

“Süni adalar ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var. Lakin Xəzər dənizində təbii şəkildə yaranmış bir sıra adalar da var. Məsələn, Böyük Zirə, Nargin adası. Bunlardan Nargin adasını Bakının ulduzuna çevirmək, beləliklə ora ilə bağlı acı xatirəni unutdurmaq olar. Həmçinin orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Düşünürəm ki, süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır”.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.243257