Saat:04:35
Haqqımızda

Sabiq rəisin ölümünə səbəb olan bank işçisi ilə bağlı QƏRAR

2024-02-02 09:26:27

Sabiq rəisin ölümünə səbəb olan bank işçisi ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində 2022-ci ilin oktyabrın 10-u Sumqayıt şəhəri Bulvar küçəsində ağır qəza törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Timur Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hurriyyet.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Timur Məmmədov idarə etdiyi “Chevrolet Camaro” markalı 10 DL 066 dövlət qeydiyyat nişanlı avtomobillə pensiyada olan polis polkovniki Çingiz Alxanlını vuraraq öldürüb. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir. Məlumata görə, banklardan birinin əməkdaşı olan Timur hadisə vaxtı avtomobili təyin edilmiş sürət həddindən yüksək sürətlə idarə edirmiş. O, hadisə vaxtı öndə gedən digər avtomobilin piyadanı görməsini çətinləşdirdiyini və hadisənin ani baş verdiyini deyib. Mərhum Ç.Alxanlının ailəsi ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan sürücüyə ağır cəza verilməsini tələb edib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Məmmədova 2 il sürücülük hüququ məhdudlaşdırılmaqla 5 il 1 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Xatırlatma: Ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub. O, “FİKA MONTİNO” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234796