Saat:02:46
Haqqımızda

SABİQ NAZİRİN XARİCƏ GETMƏSİNİN QARŞISI ALINIB - Hava limanından geri qaytarılıb

2021-07-28 16:10:00

SABİQ NAZİRİN XARİCƏ GETMƏSİNİN QARŞISI ALINIB - Hava limanından geri qaytarılıb

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin Mədəniyyət naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR