SABİQ NAZİRİN NƏVƏSİ ÜÇÜN XÜSUSİ MAŞIN YIĞILDI - Neçəyə başa gəlib? + VİDEO (Yenilənib)

2022-04-20 16:16:00

SABİQ NAZİRİN NƏVƏSİ ÜÇÜN XÜSUSİ MAŞIN YIĞILDI - Neçəyə başa gəlib? + VİDEO (Yenilənib)

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb. Bunu əks etdirən görüntüləri tanınmiş türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.

E. Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.

Qeyd edək ki, E. Malkoç “Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.

A. Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.

 

 

 

 

Yayılan videogörüntülərdə avtomobilin markası görünmür. Amma ehtimal etmək olar ki, bu “Mercedess Viano” avtomobilidir. Ümumiyyətlə, burada avtomobilin markası rol oynamır. Çünki Erbakan Malkoçun şirkəti istənilən qiymətə olan avtomobili lüks səviyyədə yığmaqla maşının qiymətini 10-20 dəfə baha qiymətə satır. Onun müştəriləri dünyanın ən zəngin adamlarıdır.

Hurriyyet.az-ın məlumatına görə, İnternet üzərindən araşdırma apardıqda məlum olur ki, Malkoçun bu xidməti 70 min avrodan başlayır. Sifarişdən asılı olaraq bəzən qiymət hətta 2 milyon avroya kimi də qaldırılır.

Anar Məmmədovun oğlu Ziyaya hədiyyə etdiyi bu “oyuncağ”a nə qədər ödəniş etdiyi haqda əlimizdə heç bir rəqəm yoxdur. Eyni zamanda A. Məmmədovun minimalist olmadığı da oxuculara bəllidir.

 

 

Bir daha qeyd edərək avtomobil Ziya üçün xüsusi olaraq hazırlanıb. Bunu həmin avtomobilin oturacaqlarının üzərinə yazılmış “Ziya” adından da görmək olar.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə “Yeni Sabah”a bildirib ki, avtomobillərin bu formada hazırlanmasının standart konfuqurasiyada qiyməti Türkiyədə 60-62 min avrodur. Erbakan Malkoç isə daha populyar olduğundan onun qiymətləri fərqlidir: “Həmçinin xüsusi sifarişlə, xüsusi zövqlə yığıldıqda qiymət 200 min avroya qədər qalxır. Bu da Ziya Məmmədov üçün boş şeydir”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya