Saat:18:09
Haqqımızda

Sabiq nazirin işi Xəzər rayonundan Yasamala göndərildi

2024-10-28 17:04:54

Sabiq nazirin işi Xəzər rayonundan Yasamala göndərildi

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev barəsində inzibati xəta protokolu tərtib olunub. 

Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, sabiq nazirin adına yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb. 

Buna səbəb isə Oqtay Şirəliyevin hazırda rəhbəri olduğu "Respublika Diaqnostika Mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin (ASC) gömrük qaydalarını pozması olub. 

İXM-nin 491.1-ci maddəsinə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, cərimə protokolu bu ayın 10-da Xəzər Rayon Məhkəməsinə göndərilmişdi. İş hakim İlham Cəfərzadənin icraatında idi. Ehtimal edilir ki, sabiq nazirin yaşadığı rayon üzrə deyil, "Respublika Diaqnostika Mərkəzi"nin yerləşdiyi rayona görə iş Xəzər rayonundan Yasamal Rayon Məhkəməsinə göndərilib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204226