Sabiq nazirdən MTN polkovnikinə CAVAB - "Bağımda axtarış aparanda vicdan əzabı çəkdiyini deyirdi..."

2022-06-18 11:51:00

Sabiq nazirdən MTN polkovnikinə CAVAB -

Hurriyyet.az xəbər verir ki, hazırda “MTN İşi” çərçivəsində məhkəmə qarşısına çıxarılan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovun Gununsesi.info-ya müsahibəsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Belə ki, günahsız olduğunu vurğulayan Sahib Ələkbərov MTN-də vicdanla, qanunla çalışdığını bəyan edərək, buna nümunə kimi sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin həsb edilərkən, mənzilində apardığı axtarışı göstərib: “Nicat Quliyevdən soruş gör, onun evində axtarış aparmışam. Bunu necə vicdanla, qanuni eləmişəm”.

Xatırladaq ki, sabiq nazir Nicat Quliyev də MTN tərəfindən açıq-aşkar şərlənərək, 3 il həbsə məhkum olunub.

Nicat Quliyevə “sırınan” eyni silahlarla şərlənən baş redaktorumuz Pərviz Həşimli ondan Sahib Ələkbərovun dediklərini soruşub.

Hazırda Türkiyədə yaşayan sabiq nazirin MTN polkovnikinin dediklərinə münasibəti belə olub:

“Bilirsiiniz, Pərviz, bizim şərlənməyimizi aidiyyatı adamlar çox yaxşı bilir, hər kəsə hər şey yaxşı məlumdur. Açığı mən bu olub-bitənləri xatırlamaq istəyində deyiləm. Mənim üçün keçmiş keçmişdə qaldı. Lakin, bildirdiyiniz kimi, Sizdən soruşmaq istənilibsə mən də bu xahişi diqqətsiz qoymağı doğru saymıram. Dərc edib etməmək isə Sizin tərcihiniz olsun.

Sabiq nazirdən MTN polkovnikinə CAVAB

Sahib Ələkbərovla əlaqədar deyə bilərəm ki, o məndə vicdanlı adam təəsuratı yarada bilmişdi. Bu müşahidəmi təsdiq etmək üçün onun mənimlə etdiyi bir söhbətdən bəhs etmək zərurəti vardır. Qeyd edim ki, bu söhbətin mütəşəbbisi və onunla tanış olmağım üçün şəraiti də MTN-in istintaq idarəsində elə Sahib Ələkbərovun özü yaratmışdı. İkimizin söhbəti zamanı bağ evimdə “axtarışa” rəhbərlik etdiyini mən ondan öyrəndim və söhbət zamanı o, xususi olaraq vicdanlı adam olduğunu vurğulamışdı. Bu keyfiyyətinin təsdiqi olaraq da mənə qarşı olanlarla heç cür razılaşmadığını, vicdan əzabı çəkdiyini, lakin əmrə tabe şəxs olduğu üçün məcburiyyət qarşısında qalaraq “axtarışda” iştirak etdiyini bildirmişdi. Bir də “axtarış protokolunu” şübhə altına alacak bir sıra məqamları protokola daxil etdiyini də bölüşdü mənimlə. Bilirsiniz, vicdan əzabı çəkmək və bunu açıq etiraf etmək hər adamın “dişinə görə” deyil. Bu baxımdan, düşünürəm ki, onun vicdanlı adam olduğunu söyləmək mümkündür.

Eyni zamanda Sahib Ələkbərov savad və təhsil sahibi olduğu təsirini də bağışlayırdı. Bağ evimə gecəyarısı quldurcasına basqın ediləndə Sahib Ələkbərov, özünün də Sizə bildirdiyi kimi, faktiki olaraq mütəşəkkil dəstənin tərkibində evdə “axtarış” aparıldığını sənədləşdirmək vəzifəsini icra edib. O, olmayan silahların protokolunu tərtib etməklə böhtanın və şərin bir parçası olduğunu, saxtakarlığın, qayırma işin iştirakçısı olduğunu, hesab edirəm ki, özü çox yaxşı bilir, dərk edir.

Bir də ki, mənə iman sahibi olduğunu da söyləmişdi. Odur ki, dillərdə dolaşan kəlamı da, o, şübhəsiz, yaxşı bilir: doğrunu söyləməkdən qaçan dilsiz şeytandır.

Nə demək olar… Vicdanlı və mərd adam olduğunu insanların, geniş ictimaiyyətin də bilməsini arzu edirsə bu onun öz əlindədir”.Dia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya