Sabiq nazir müavini canlı yayımda döyüldü — VİDEO

2021-07-21 19:39:00

Sabiq nazir müavini canlı yayımda döyüldü — VİDEO

Moldova daxili işlər nazirinin keçmiş müavini Qennadi Kosovanla prezident Maya Sandunun sabiq müşaviri Sergey Tofilat arasında dava düşüb.

İnsident “Jurnal TV”nin canlı efirində baş verib.

Belə ki, tərəflərin bir-birilərinə qarşı kəskin ittihamlar səsləndirməsi dava ilə nəticələnib. 

Mübahisə zamanı sabiq nazir su ilə dolu qabı Sergey Tofilatın üzərinə atıb. Bundan qəzəblənən keçmiş müşavir Kosovanu döyməyə başlayıb. Eks-nazir müavini aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb.\\Modern