Sabiq komandandan ÇAĞIRIŞ: “NATO ya Ukrayna savaşına müdaxilə etməli, ya da...”

2022-06-15 14:28:00

Sabiq komandandan ÇAĞIRIŞ: “NATO ya Ukrayna savaşına müdaxilə etməli, ya da...”

NATO qüvvələrinin sabiq komandanı alyansın Ukrayna savaşına müdaxilə etməsinin vacibliyini bildirib.

Hurriyyet.az xəbər verir ki, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Uesli Klark Şimali Atlantika Alyansını Ukraynada getdikcə daha da şiddətlənən müharibəyə müdaxilə etməyə çağırıb.

Onun sözlərinə görə, NATO-nun alyansa üzv ölkələrin hərbi təcavüzə məruz qalmadığı təqdirdə savaşa girməməsi yanaşması artıq köhnəlib:

“Bu yanaşma 90-cı illərdə qalıb. Artıq dərs çıxarmaq zamanı gəlib. NATO Ukraynadakı savaşa müdaxilə etməlidir. Gəlin bunu rəsmən dəyərləndirək və Rusiyaya müharibəni dayandırmağı əmr edək”.

Klark əlavə edib ki, mövcud şəraitdə NATO iki seçim qarşısındadır: ya özünün qarışmamaq prinsipini pozmalı, ya da mövcudluğuna son verməlidir.

Yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya