Saat:17:02
Haqqımızda

Sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs BƏRAƏT ALDI

2022-01-19 22:21:00

Sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs BƏRAƏT ALDI

"Gəncə hadisələri"nə görə həbs edilən və təcridxanada ölən Müşfiq Qurbanov ittiham olunduğu 10 maddə üzrə bəraət alıb.

Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunaraq Moskvada həbs olunub. Bakıya gətirildikdən sonra təcridxanada vəfat edən Müşfiq Qurbanov sabiq icra başçısına sui-qəsddə ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi M.Qurbanovun bu və digər daha 9 cinayət əməli törətmədiyini aşkar edib.

Onun Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmadığı, adam öldürməyə cəhd və buna bənzər başqa maddələri törtmədiyi sübut olunub.

O, yalnız hazırda həbsdə olan Yunis Səfərovla əlbir olub, terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilinib. Lakin öldüyünə görə ona bu maddələrlə cəza təyin olunmayıb.

Xatırladaq ki, Qurbanovla birlikdə Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxov da var. O da ittiham olunduğu 11 maddə ilə bəraət alıb./musavat.com

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR