Saat:23:41
Haqqımızda

Sabiq Britaniya rəsmisi: Böyük Britaniya "Rusiya ilə müharibə" vəziyyətindədir

2022-12-02 16:19:00

Sabiq Britaniya rəsmisi: Böyük Britaniya

Britaniya silahlı qüvvələrinin keçmiş komandanı Nikolas Houton Böyük Britaniyanın "Rusiya ilə müharibə" vəziyyətində olduğunu bildirib. Onun fikrincə, qarşıdurmanı döyüş meydanında deyil, enerji, ərzaq və iqtisadi sahələrdə, eləcə də kibertəhlükəsizlik və ümumilikdə siyasətdə görmək olar.
General "Sky News"a müsahibəsində qeyd edib ki, Rusiya ilə effektiv mübarizə aparmaq üçün “beynəlxalq dayanıqlıq” lazımdır. Üstəlik, Houton əmindir ki, məhz Ukraynadakı xüsusi əməliyyata görə Britaniyada iqtisadi böhran başlayıb.
O, “Biz əslində müharibə vəziyyətindəyik, lakin insanların çoxunun tanıdığı müharibə növündə deyilik” dedi.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR