Saat:03:27
Haqqımızda

"Sabah"ın daxildəki bəlası - O, kimdir?

2023-11-09 00:15:01

Uzun müddət "Sabah"ın əsas heyət üzvləri sayılan Nicat Mehbalıyev, Ceyhun Nuriyev əvəzedici komandada məşqlərə çıxmalı oldular.

Nicat təxminən 10 gündü yenidən əsas komandaya qaytarılıbsa, Nuriyev hələ də gününü ikinci komandada keçirir.

Amma ikinci komandaya göndərilməli olan legionerlər isə A komandasında gününü keçirib, maaşını almaqdadır.

Məsələn, Emmanuel Apeh kimi.

Masazır klubunda ikinci ilini keçirən nigeriyalı hələ də ortaya normal keyfiyyət qoya bilməyib.

Elə bu mövsümkü statistikası hər şeyi çılpaqlığı ilə ortaya qoyur.

Birinci turda "Qəbələ" üzərində 5:0-lıq qələbəyə 1 qol, 1 asistlə öz töhfəsini verən "19 nömrə" sonrakı 11 turda cəmi 1 qol vura bilib.

İşi qol vurmaq olan hücumçu, daha çox qol fürsətlərini sağa-sola xərcləməklə yadda qalır.

"Zirə" ilə görüşdə isə bir az da qabağa gedərək "tələbələr"i meydandan xalsız ayrılmağa məhkum etdi.

Bəli, "Sabah"ın "Zirə"yə 0:1 məğlubiyyətinin günahkarından biri də odur.

Düzdü, görüşün baş hakimi Tural Qurbətovun yarıtmaz idarəçiliyi də ciddi müzakirə mövzusudur. Və bu haqda başqa yazılarda kifayət qədər yer ayırmışıq.

Lakin bərbad hakim idarəçiliyi də Apehin hərəkətlərinə bəraət qazandırmamalıdır.

Komanda kifayət qədər yaxşı çıxış etdiyi, qolun gəlməsi bəlkə də an məsələsi olan matçda heç nədən qırmızı vərəqə almaq olmaz!

Özü də bir neçə saniyənin içində.

Düzdü, futbol emosiya oyunudur. Lakin legioner hücumçu da peşəkar futbolçu olmasını unutmamalı, lazım olanda həmin emosiyaları cilovlamasını bilməlidir.

Oyunda cəmi 41 dəqiqə arxada qalmışdı. Gedişat yaxşı sonluqdan xəbər verirdi.

O, belə bir məqamda öncə qaydanı pozduğu üçün birinci sarı vərəqəni qarşısında gördüsə, ardınca qərara yersiz etiraz etdiyi üçün ikinci sarı vərəqəni də alaraq meydandan qovuldu.

Özü də gülə-gülə.

Məncə, Musayev "ədalət çubuğun" əlinə almalı, elə ilk andaca 27 yaşlı forvardı əvəzedici komandaya qovmalıdır.

Bir də geri qayıtmamaq şərtilə.

XANOĞLAN İMANOV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.593656