Sabahdan Ermənistan öz Konstitusiyasını saf-çürük etməyə başlayır
Hurriyyet.az xəbər verir ki, Ermənistan öz Konstitusiyasını yenidən nəzərdən keçirməyə başlayıb.
İrəvandakı komissiya sabah iclas keçirərək, Kontitusiya İslahatları Şurasının üzvü Daniel İohanissyanın təklifini müzakirə edəcək. O konstitusiya reqlamentinə sabit səs çoxluğu ilə yenidən baxılmasını təklif edib. Bu məlumatı Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatlarından danışan zaman verib. Referenduma ehtiyası yaranmadan dəyişilməsi mümkün olan konkret maddələri müzakirə etmək təklif edilib.
Nazir deyib: "Bu, müzakirə edəcəyimiz yeni ideya, yeni fikirdir. Qərarı Şura verəcək. Konstitusiya islahatlarının 2027-ci ildə keçirilməsi barəsində ilkin təəssürat yaranıb". Nazir o vaxta qədər bütün detalların müzakirə edilməli olduğunu söyləyib: "Deyə bilərik ki, sabahdan etibarən yeni Konstitusiyanın və yeni ideyaların müzakirəsinə yeni start verilir".
Hürr Tərcüman