Saat:23:48
Haqqımızda

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

2023-11-14 23:48:50

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Sumqayıtın bir neçə məhəllə  mikrorayonunda qazın verilişində fasilələr yaranacaq.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Məlumata görə, 2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən “Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz təchizatı dayandırılacaq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.572493