Sabah bu rayonda qaz olmayacaq
2024-03-28 19:15:34
![Sabah bu rayonda qaz olmayacaq](/frontend/uploads/miles/1711636767_qazzz.jpg)
Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Hurriyyet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
![](/frontend/uploads/files_son/QAZ12.jpg)