Sabah bu ərazilərdə qaz olmayacaq
2025-02-03 23:39:55
.jpg)
Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.
Hurriyyet.az xəbər verir ki, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.
Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.
