Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

2022-09-01 12:45:00

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq, cənub-şərq küləyi əsəcək.

Hurriyyet.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065996