SAB vətəndaşları aldadır? – 3 noyabr məhsulu 1 noyabrda…
2025-11-01 16:52:01
Bakıda maraqlı hadisə yaşanıb.
Hurriyyet.az xəbər verir ki, şəhər sakini Mahir Məmmədli sosial şəbəkədə paylaşım edərək bildirib ki, SAB firmasına məxsus dovğanın istehsal tarixi düzgün göstərilməyib.
O qeyd edib ki, məhsulun üzərində 3 noyabr tarixi yazılsa da, hazırkı tarix 1 noyabrdır.
Sosial şəbəkə istifadəçiləri isə bu paylaşımı müxtəlif cür qarşılayıblar, bəzi izləyicilər məsələni maraqlı, bəziləri isə qarışıq və çaşdırıcı hesab edib.
Bakıvaxtı.az
