Saatlıda korrupsiya həbsləri: Vəzifəli şəxslər həbs olunub
2022-07-01 23:13:00
Saatlı rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs saxlanılıb.
Əməliyyat Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı nə təsdiq, nə təkzib ediblər. Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama veriləcək.