Saat:09:21
Haqqımızda

Saakaşviliyə qarşı yeni ittiham irəli sürülüb, həbs qərarı verilib

2024-08-02 19:35:01

Saakaşviliyə qarşı yeni ittiham irəli sürülüb, həbs qərarı verilib

Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilib.

Hurriyyet.az-ın “Exo Kavkaza”ya istinadən xəbərinə görə, qərar prokurorun təqdimatı əsasında verilib və işə yenidən baxılacağı üçün şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərə biləcəyi ilə əsaslandırılıb.

Xatırladaq ki, keçmiş prezident 2021-ci il sentyabrın 29-da gəlib, oktyabrın 1-də isə həbs olunub. Bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanalarda keçirib.

56 yaşlı M. Saakaşvili 2008-2013-cü illərdə Gürcüstan prezidenti olub. 2015-ci ilin fevralından 2016-cı ilin noyabrınadək Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenkonun müşaviri olub. Bir müddət Odessa vilayətinin qubernatoru vəzifəsini icra edib.

2020-ci ilin mayından 2021-ci ilin fevral ayına qədər Ukraynanın Milli İslahatlar Şurasının rəhbəri olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.297722