Saakaşvilinin vəziyyəti getdikcə pisləşir

2021-10-12 16:38:00

Saakaşvilinin vəziyyəti getdikcə pisləşir

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkili Beka Basiliya onun vəziyyətinin tədricən pisləşdiyini bildirib. Vəkil deyib: “Aclıq yetərincə ağır mərhələyə keçir. Biz bunun nəticələrini görürük. Saakaşvili hərəkət eləməkdə çətinlik çəkir. O, ayaqlarının şişdiyini deyir”.

Basiliya keçmiş dövlət başçısının hələ tam gücdən düşmədiyini də deyib. Onun sözlərinə görə, müdiriyyət hələ buraxılış icazəsi vermədiyindən, Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze indiyə qədər kameraya daxil ola bilməyib.

Hürr Tərcüman