Saakaşvilinin partiyası “dinc inqilab” vəd elədi

2021-11-24 17:30:00

Saakaşvilinin partiyası “dinc inqilab” vəd elədi

Hurriyyet.az “Sputnik-Gürcüstan” informasiya agentliyinə istinadən xəbər verir ki, Gürcüstanda müxalifət “dinc inqilab”ın olacağını vəd edib.

Ölkənin ən böyük müxalifət partiyasının lideri Nika Meliya bildirib ki, həftənin axırına qədər müxalifətçilər hərəkət planını təqdim edəcəklər. O, Rustaveli prospektində keçirilən aksiya zamanı bəyan edib: “Bir çoxları istəyərdilər ki, dövlət müəssisələrinə oliqarx rəhbərlik eləməsin, ölkə rahat nəfəs ala bilsin. Yaxın gələcəkdə bu, hökmən baş verəcək. Lakin bunun niyə dünən baş verməməsindən şikayətlənib sızıldamaq sabahkı gün üçün faydalı olmayacaq”.

Meliya ölkədə artıq “dinc inqilab”ın başlandığını və “Gürcü arzusu”nun hakimiyyətdə qalma müddətini uzada bilməyəcəyini diqqətə çatdırıb.

Hürr Tərcüman