Saat:15:41
Haqqımızda

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

2024-03-25 16:44:04

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.
Partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib: "Mixail Saakaşvilinin həbsdən azad edilməsi tələbi ilə bağlı bütün imzalar indiki Prezident Salome Zurabişviliyə təqdim ediləcək. Onun da düzgün qərar verməkdən başqa yolu olmayacaq".
O, qeyd edib ki, "müxalifətin əsas liderinin həbsxanada olduğu halda" payızda keçiriləcək parlament seçkiləri azad və ədalətli olmayacaq. Zurabişvili indiyə qədər dəfələrlə bəyan edib ki, hakimiyyətdə olduğu müddətdə Saakaşvilini əfv  etməyəcək və nə daxildən, nə də xaricdən heç bir təzyiqi qəbul etməyəcək.
"Vivamed" klinikasının həkimlərinin bu yaxında jurnalistlərə verdiyi açıqlamaya görə, Saakaşvilinin səhhəti yaxşılaşıb, çəkisi artıb, lakin tibbi nəzarətdə saxlanılması tələb olunur.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR