“Saakaşvilini öldürməsinlər!” – Tbilisidə aksiya keçirildi
2022-05-19 16:24:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, aktivist vətəndaşlar ilə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları Tbilisidə “Vivamedi” tibb mərkəzinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları Saakaşvilinin müalicə üçün Polşaya aparılmasını tələb edirlər. “Sputnik Qruziya” aksiya iştirakçılarından birinin çıxışından sitatı dərc edib: “Tələb edirik ki, prezidenti tədricən öldürməsinlər, dərhal müalicə edilməsi üçün başqa ölkəyə göndərsinlər. Məsələn, onu qəbul eləməyə hazır olan Polşaya”.
Hürr Tərcüman