Saat:03:13
Haqqımızda

Saakaşvilidən azərbaycanlılara məktub: "Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim..."

2021-12-04 23:41:00

Saakaşvilidən azərbaycanlılara məktub:

Həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili azərbaycanlılara müraciət məktubu göndərib.

Sabiq dövlət başçısının sözügedən məktubunu müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü Rəfi Orucov göndərib.

Eks-prezidentin müraciətində deyilir:

"Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.

Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm. Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heçkəs sizə haqsızlıq edə bilməyəcək. Sevgi və sayqılarla, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili". //aktual.ge

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR