"Saakaşvili skeletə çevrilib, 100 yaşlı kişiyə oxşayır" - FOTO

2023-04-17 23:22:00

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası onun səhhəti barəsində açıqlama yayıb.

Hurriyyet.Az xəbər verir ki, Saakaşvilinin anası Culi Alasaniya həbsdə saxlanılan oğlunun 100 yaşlı kişiyə bənzədiyini deyib.

“O, skeletə çevrilib və ayağa qalxanda onurğası tamam əyilir, 100 yaşlı adam kimi çətinliklə yeriyir, yemək yeyir... Problem ondadır ki, o, yemək qəbul edir, amma görünür, orqanizm onu həzm edə bilmir”, - Alasaniya jurnalistlərə bildirib.

O, oğlunun 120 kiloqram çəkisinin yarısını itirdiyini vurğulayıb.

 

Metbuat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.246389