“Saakaşvili sağ qala bilmək üçün siyasətdən gedir”

2022-08-03 17:16:00

“Saakaşvili sağ qala bilmək üçün siyasətdən gedir”

Hurriyyet.az “Qruziya onlayn” nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani bu gün “Vivamed” klinikasında olub. O, jurnalistlərə açıqlamasında Saakaşvilinin siyasətdən gedişi barəsində açıqlamanı eks-prezidentin özünün verəcəyini söyləyib. Qelbaxiani Saakaşvilinin daha “Milli Hərəkat” partiyasının liderləri ilə əlaqə saxlamadığını da deyib: “Son zamanlarda o, bu partiyanın üzvləri ilə əlaqə saxlamayıb. Yalnız ailə üzvləri və vəkilləri ilə təmasda olub. Onun siyasətdən gedəcəyi barəsində informasiyanı da həmin adamlar verə bilər. Sadə formul – onun həyatı təhlükədədir, ona görə də hazırda siyasət ilə məşğul ola bilmir. O, öz həyatını xilas eləmək istəyir. Onsuz da öz üzərinə çox şey götürüb, həyatını riskə atıb, həbs ediləcəyini bilə-bilə yenə də gəlib. Həyatı isə riskə atmaq olmaz. Onun indi nə halda olduğunu görərdiniz. Saakaşvilinin yalnız kölgəsi qalıb. O güclü enerjisini tamamilə itirib. Yalnız adı və soyadı qalıb, fiziki cəhətdən isə tam başqa adamdır. Bacarsa, məhkəmədə iştirak edəcək”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.048066