Saakaşvili ölkəboyu etirazlara çağırdı
2024-04-17 15:14:41
![Saakaşvili ölkəboyu etirazlara çağırdı](https://cdn.minval.az/2023/08/2023-02-01T101859Z_352802874_RC2A2Z9US0C7_RTRMADP_3_GEORGIA-POLITICS-SAAKASHVILI-COURT-pic_32ratio_900x600-900x600-99839-724x483.jpg)
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili xarici agentlər barəsində qanun layihəsinin əleyhinə mitinq keçirən müxalifətin tərəfdarlarını ölkənin hər yerində etiraz nümayişlərinə çıxmağa çağırıb.
Saakaşvili onlayn iştirak elədiyi məhkəmə iclasındakı çıxışında deyib: "Güc yalnız birlikdədir. Əlbəttə ki, etiraz hərəkatı davam etməli və bütün Gürcüstanı əhatə eləməlidir. Nə qədər çox olsaq, bir o qədər tez qələbə çalacağıq".
Saakaşvili bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərindən əvvəl birləşməyə çağırıb. Onun sözlərinə görə, qələbə çalmaq üçün müxalifətin vahid siyahısının olması zəruridir.
Hürr Tərcüman
![](/frontend/uploads/files_son/QAZ12.jpg)