Saakaşvili ilə bağlı SOS - 10 kq da arıqlasa...

2023-02-28 09:18:00

Saakaşvili ilə bağlı SOS - 10 kq da arıqlasa...

Hazırda Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin çəkisi 64 kiloqramdır. Daha çox kilo itkisi olarsa, artıq sağalmaya bilər.

Hurriyyet.az xəbər verir ki, bunu ölkənin Ombudsman Aparatının məsləhətçilərinin həkimi Georgi Qriqoliya deyib.

O bildirib ki, siyasətçi arıqlamaqda davam edərsə və 55 kiloqrama düşərsə, o zaman geridönməz proseslər başlayacaq və o, yataq xəstəsi olaraq qalacaq:

"Kaxeksiya güclənir. Saakaşvili ilə baş verənlər təbiidir: o, arıqlayır, əzələ və artıq sümük toxumasının məhv edilməsi prosesi gedir. Bu, adekvat müalicə almadığı üçün baş verir".

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.205298