Saat:18:20
Haqqımızda

Saakaşvili əməliyyat olunmalıdır, ağrıkəsicilərlə yaşayır

2022-05-24 18:16:00

Saakaşvili əməliyyat olunmalıdır, ağrıkəsicilərlə yaşayır

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili bu gün verdiyi açıqlamada əməliyyat edilməli olduğunu bildirib.

Onun Gürcüstan parlamentinin deputatlarına ünvanlanan məktubunda deyilir: “Klinikada MRT mənim onurğa sütunumda zədə aşkar edib. Çox güman ki, bu zədəni Rustavi həbsxanasından zorla Qldan zindan xəstəxanasına aparılanda almışam”.

Saakaşvilin həkimlərin cərrahi müdaxilənin zəruri olduğunu hesab elədiklərini bildirib. Keçmiş prezident zədənin onda güclü ağrılar yaratdığını və ona gün ərzində bir neçə dəfə ağrıkəsici iynələr vurulduğunu əlavə edib.

Xatırladaq ki, mayın ortalarında Saakaşvili müayinə üçün özəl klinikaya aparılmışdı.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR