Saat:18:48
Haqqımızda

Saakaşvili Belaruslu fəalın ölümü barədə danışdı: “Siyasi rəqiblərini öldürmək Putinin üslubudur”

2021-08-03 14:00:00

Saakaşvili Belaruslu fəalın ölümü barədə danışdı: “Siyasi rəqiblərini öldürmək Putinin üslubudur”

Yaşadığı yerin yaxınlığındakı parkda asılmış vəziyyətdə tapılan ictimai təşkilatın rəhbəri Vitali Şişovun mümkün cinayətə qurban getməsi deməyə əsas verir ki, Belarus rejimi Rusiya prezidenti Vladimir Putin üslubunda hərəkət edir. Bu fikri "Ukrayna 24" kanalında “Seqodnya Utro” verilişində İslahat Milli Şurasının icra komitəsinin rəhbəri Mixail Saakaşvili söyləyib.

"Bütün bunlar çox dəhşətlidir. İndi Belarusiyadakı üslub Putinin üslubuna bənzəyir – bu hər kəsin ruhdan düşməsi üçün siyasi rəqiblərini öldürməkdir. Bəli, Kiyevdə təhlükəsizlik yoxdur, bunu təsdiqləyə bilərəm. Ümid edirəm ki, bu vəziyyət dəyişəcək", deyə siyasətçi bildirib.

Saakaşvili bildirib ki, casuslarla terrorçular Kiyevdə sərbəst işləyirlər və Ukrayna xüsusi xidmət orqanlarını hərəkətsizlikdə günahlandırıb.

"Kiyevdə müxtəlif xüsusi xidmət orqanlarının bir çox nümayəndəsi sakit işləyir, çünki hər şey satılır, çünki korrupsiya mövcuddur. Düşmənlərin yolladığı casuslarla, terrorçularla məşğul olmaq əvəzinə - onlar (xüsusi xidmətlər) nə edirlər?” Saakaşvili bildirir.

Xatırladaq ki, repressiya səbəbiylə ölkədən qaçan belaruslara yardım göstərən Kiyevdə yerləşən “Belarus evi” xeyriyyə təşkilatına rəhbərlik edən fəal Vitali Şişov 3 avqust yaxınlığındakı parklardan birində asılmış vəziyyətdə tapılıb.

 Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR