Ryabkov rəsmən hədələdi: ABŞ-ı vura bilərik!

2022-06-01 16:33:00

Ryabkov rəsmən hədələdi: ABŞ-ı vura bilərik!

ABŞ Ukraynanı Rusiyadakı hədəflərə çata bilən silahlarla təmin etsə, çatdırılmanın qarşısını almaq üçün ölkə ABŞ ərazisinə zərbələr endirmək məcburiyyətində qalacaq.

Hurriyyet.az xəbər verir ki, bunu rusiyalı hərbi politoloq Aleksandr Perenciyev deyib.

Rusiyanın ABŞ-a zərbə endirməyə hazır olması barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da deyib:

“Biz bunu sırf neqativ hal kimi qiymətləndiririk. ABŞ Kiyev rejiminə məqsədyönlü şəkildə silah verməklə məşğuldur. Bu, açıq-aşkardır”.

Ryabkov onu da qeyd edib ki, Kiyevə istənilən silah ötürülməsi Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskini artıra bilər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya