Saat:10:15
Haqqımızda

RÜŞVƏT ALMAQDA İTTİHAM OLUNAN MƏKTƏB DİREKTORUNDAN ETİRAZ – “Bu kollektivdə “Aynurə Tahirova” ad-soyadlı nə müəllim, nə də texniki işçi çalışmayıb…”

2021-09-10 15:28:00

RÜŞVƏT ALMAQDA İTTİHAM OLUNAN MƏKTƏB DİREKTORUNDAN ETİRAZ – “Bu kollektivdə “Aynurə Tahirova” ad-soyadlı nə müəllim, nə də texniki işçi çalışmayıb…”

Hurriyyet.az saytında dərc oluna “Məktəb direktoruna qarşı şok iddia - 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir” sərlövhəli yazı qarşı tərəfin etirazına səbəb olub. Məktəbin bir qrup müəllimi adından Aynurə Tahirovanın redaksiyamıza göndərdiyi yazıya Sumqayıt şəhəri, Evdə Fərdi Təhsil məktəbinin direktor əvəzi Sevda Əliyeva etiraz edib. Xanım direktorun Hurriyyet.az-ın elektron poçtuna göndərdiyi məktubu olduğu kimi dərc edirik:

““Hurriyyet.az” saytında 08 sentyabr 2021-ci il tarixdə “Məktəb direktoruna qarşı şok iddia - 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir” başlıqlı, heç bir fakta, dəlilə əsaslanmayan məqalə yerləşdirilmişdir. Həmin məqaləyə etiraz olaraq bildirirəm ki, kollektivimizdə 71 nəfər müəllim 242 nəfərə qədər sağlamlıq imkanları məhdud olan şagirdə təhsil verir. Heç bir şagirdin valideynindən indiyədək bir şikayət edilməyib, heç bir müəllimimiz də işindən, məktəbin və təhsil şöbəsinin rəhbərliyindən narazı deyil.

Ümumiyyətlə, Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin yarandığı gündən bu günədək bu kollektivdə “Aynurə Tahirova” ad-soyadlı nə müəllim, nə də texniki işçi çalışmayıb, hətta valideynlər arasında da bu ad-soyadlı şəxs yoxdur. Buradan da aydın olur ki, bu anonim şikayətdir.

Məlum məqalədə müəllif kimi göstərilən şəxs faktiki mövcud olmadığına görə, müraciət anonim sayılır və araşdırıla, hətta dərc edilə də bilməz. Lakin biz işimizə məsuliyyətli olduğumuz üçün hətta anonim yazıdakı böhtanlara da cavab vermək əzmindəyik.

Yazıda başlığa çıxarılan fikir də digərləri kimi tamamilə əsassızdır. Belə ki, bütün məktəblərdə olduğu kimi, bizim məktəbdə də hazırda müəllimlərin ənənəvi tibbi müayinədən keçirilməsi prosesi gedir. Həmçinin bizim şagird kontingentimizi sağlamlıq imkanları məhdud uşaqlar təşkil etidiyi üçün onların da müvafiq sənədlərinin hər dərs ilində qanunvericiliyə uyğun formada yenidən toplanması zəruridir. Həmin sənədlərin alınması bir qədər vaxt aldığına, həmçinin müəllimlərin növbəti tibbi müayinədən keçmə prosesinə görə, hazırda dərs bölgüsünü aparmamışıq. Lakin ötən dərs ilinə uyğun olaraq müəllimlər təxmini öz dərs yükü barədə məlumatlıdırlar və bununla bağlı heç bir narazılıq yoxdur.

Əlavə olaraq qeyd edim ki, məktəbimizdə vakant müəllim ştatı olan kimi nazirliyə təqdim edirik və bunun nəticəsidir ki, 2020-2021-ci tədris ili ərzində MİQ-lə məktəbimizə müxtəlif fənlər üzrə 8 nəfər, 2021-2022-ci tədris ilində isə hələlik 10 nəfər müəllim işlə təmin olunmuşdur.

Anonim şikayətdə şəxsiyyətimə toxunan məsələrlərdən biri də guya saxta “Covid-19” pasportu almağımla bağlı əsassız iddiadır. Həmin iddia ilə bağlı bildirirəm ki, 17.02.2021-ci il tarixdə birinci, 17.03.2021-ci il tarixdə ikinci doza peyvəndi Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçilərinin gözü qabağında vurdurmuşam. 

Yuxarıda sadaladığım məsələləri nəzərə alaraq bu açıqlamamı heç bir dəyişiklik etmədən olduğu kimi dərc etmənizi xahiş edirəm.

Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin direktor müavini  Sevda Əliyeva”.

Hurriyyet.az

P.S. Xatırladaq ki, Sevda Əliyeva hazırda rəsmən müavin olsa da, direktorun səlahiyyətlərini icra edir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR