Rüstəmovun nikahdankənar oğlu II müraciət yaydı-VİDEO

2022-12-30 16:03:00

Rüstəmovun nikahdankənar oğlu II müraciət yaydı-VİDEO

Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirən 14 yaşlı Aqil ikinci müraciətini yayıb.

Hurriyyet.az xəbər verir ki, Aqil birinci müraciətini yaydıqdan sonra Elman Rüstəmovun anasına zəng etdiyini və onu Bakıya gətirməsini tələb etdiyini bildirib.

“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji xəstəxanaya saldırmaq istəyir. Mən bildirirəm ki, tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.

Aqil ölkə rəhbərliyindən atasının zülm və təzyiqindən qorunmaq üçün kömək istəyib.

Aqilin hazırda Bakıya gətirildiyi də vurğulanır.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000107