Saat:07:31
Haqqımızda

"Rüstəm İbrahimbəyov özü dedi ki, deyəsən Moskvada məni zəhərlədilər"- Rasim Balayevdən ŞOKEDİCİ SÖZLƏR

2024-02-06 13:56:17

Xalq yazıçısı, mərhum kinorejissor Rüstəm İbrahimbəyovun qəbri ziyarət olunub.

Hurriyyet.az xəbər verir ki, Xalq artisti Rasim Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, tanınmış qələm ustadını yad edib, qəbrinin üstünə gül qoyub.

“Rüstəm İbrahimbəyov istedadı ilə seçilən bir sənətkar idi. Onun əsərləri xarici ölkə teatrlarında, sovetlər məkanında tamaşaya qoyulub. Elə bir teatr yoxdur ki, Rüstəmin əsəri orada səhnələşdirilməsin. Bu gün Rüstəmin yeri görünür. Nə mənada? Bu gün Azərbaycan kinosunun vəziyyəti göz önündədir. Kinonun əsas çatışmazlıqlarından biri dramaturgiyadır. Rüstəm də gözəl ssenrist, öz xaraketri ilə öznəməxsuz insan idi. Onun bu gün üçün gözəl ssenariləri ola bilərdi. Təssüf ki, Rüstəm İbrahimbəyov artıq həyatda yoxdur”.

Rasim Balayev Rüstəm İbrahimbəyovun səhhətində problemlərin ona vurulan vaksindən sonra əmələ gəldiyini açıqlayıb:

“Pandemiya dövründə Moskvada ona vaksin vurulmuşdu, ondan sonra səhhətində problemlər yaranmağa başladı. Sağlam adam idi. Hətta mən ona zəng edib danışdım. Dedi ki, “deyəsən mənim qanımı zəhərlədilər”. Nə qədər Azərbaycan var, onun filmləri nümayiş olunduqca xatırlanacaq. Azərbaycan üçün gözəl əsərlər qoyub getdi. Rüstəm İbrahimbəyov yaradıcılığı, sənəti bu gün bizə lazım idi. Allah ona rəhmət eləsin”.

Qeyd edək ki, bu gün Xalq yazıçısı, mərhum dramaturq, kinorejissor, ssenarist Rüstəm İbrahimbəyovun 85 illik yubileyidir.

Konkret.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR