Rusların yeni planı: Ukraynaya bu yolla zərbə endirəcəklər

2022-04-23 16:56:00

Rusların yeni planı: Ukraynaya bu yolla zərbə endirəcəklər
Rusiya Ukrayna ərazisinə qanadlı raketlər atmaq üçün Qara dənizdəki sualtı qayıqlardan istifadə edə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “The Times” nəşri bildirib.

Nəşrə danışan ekspertlər qeyd edirlər ki, “Kilo” sinifli sualtı qayıqlar mütəmadi olaraq Rusiya limanlarında uzaqmənzilli raketləri və döyüş başlıqlarını artırır və yenidən suyun altına düşür.

Məsələn, aprelin 15-də işğal olunmuş Sevastopol limanında Rusiyanın sualtı qayığına “Kalibr” raketlərinin yükləndiyini göstərən peykdən çəkilmiş foto dərc edib.

Analitik H.Suttonun sözlərinə görə, Qara dənizdə 2500 kilometrə qədər mənzilli “Kalibr” raketlərini buraxa bilən ən azı dörd Rusiyanın sualtı qayığı var.

Nəşrin məlumatına görə, raketlərin 50 metr dərinlikdən buraxılışını hətta peyklərin köməyi ilə aşkar etmək çətindir.

Teleqraf.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya