Rusların Türkiyə qərarı! Axın-axın satın alırlar

2022-08-26 15:06:00

Rusların Türkiyə qərarı! Axın-axın satın alırlar

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Ukrayna ilə müharibədən sonra Qər ölkələrinin sanksiyalarına məruz qalan Rusiyada vətəndaşlar Türkiyədən axın-axın ev satın almağa başlayıblar.

Rusiya vətəndaşlarının xaricdəki daşınmaz əmlaka olan marağı ötən ildəkinə nisbətən ikiqat artıb.

Golden House şirkətinin məlumatına görə, Rusiya vətəndaşlarının son dövrdə ən çox daşınmaz əmlaksatın aldıqları ölkələrin siyahısında Türkiyə, Gürcüstan, Şimali Kipr, Ermənistan, Qazaxıstan və Özbəkistan gəlir.

Misir, Tailand və Panama da ən populyar ölkələr sırasındadırlar.

Rusiya vətəndaşlarının rəğbət göstərdikləri ölkələrdə ev qiymətləri 18-110 min dollar arasında dəyişir.

Rusiyalılar yaşayış üçün icazə və ya ikinci vətəndaşlıq almaq üçün Türkiyə, BƏƏ, Tailnd, Gürcüstan və Özbəkistan kimi ölkələrə üstünlük verirlər.

Propriete Generale Group beynəlxalq təşkilatının araşdırmasına görə, Rusiya vətəndaşları 2022-ci ilin ilk beş ayı ərzində Türkiyədən daşınmaz əmlak alan xaricilər arasında birinci olublar.

Rusiyanın Ukraynada işğal müharibəsinə başladığı fevral ayından etibarən  Türkiyədən daşınmaz əmlak alan xaricilərin 31,44 faizinin Rusiya vətəndaşı olduğu müşahidə edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063458