Saat:20:27
Haqqımızda

Rusların komanda-müşahidə məntəqəsi vurulub - Ciddi itkilərin olduğu deyilir

2025-03-27 14:50:50

Rusların komanda-müşahidə məntəqəsi vurulub - Ciddi itkilərin olduğu deyilir

Ukrayna hərbçiləri rusların komanda-müşahidə məntəqəsini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hücum Rusiyanın Viktorovka-Uspenovka ərazisində 18-ci motoatıcı diviziyasının 9-cu motoatıcı alayının taborunun komanda-müşahidə məntəqəsinə edilib.

Hücum nəticəsində rus ordusunun şəxsi heyəti arasında ciddi itkilər olduğu deyilir.

Qeyd olunur ki, 9-cu motoatıcı alayın 1-ci batalyonunun komandiri də əməliyyat zamanı məhv edilib.

"AzPolitika.info"