Rusların atdığı raket öz başlarına düşdü – VİDEO
2022-06-24 10:55:00

Rusiya hava hücumundan müdafiə sisteminin atdığı raket özlərini vurub.
Hurriyyet.az xəbər verir ki, bu barədə “İnformNapalm” məlumat yayıb.
Məlumata görə, hadisə işğal altında olan Alçevskdə baş verib. Yayımlanan videolarda rus qoşunlarının Ukrayna hərbçilərinin qarşısını almaq üçün raket atdığı, lakin bir dəqiqə sonra raketin atıldığı yerə düşdüyü əks olunub. Nəticəsində yaşayış binalarından bir qədər aralıda güclü yanğın baş verib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya