Ruslar Zambiya vətəndaşını döyüşə göndərib - Diplomatik qalmaqal

2022-11-18 12:46:00

Ruslar Zambiya vətəndaşını döyüşə göndərib - Diplomatik qalmaqal

Moskvada oxuyan, daha sonra həbsxanaya düşən Zambiya vətəndaşı Ukraynadakı müharibədə həlak olub.

Hurriyyet.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu, Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiya tərəfindən cəlb edilən xarici vətəndaşın ölümü ilə bağlı ilk məlum hadisədir.

Zambiyalı sonuncu dəfə avqustun 31-də valideynlərinə zəng edib və "Mən artıq həbsdə deyiləm, amma harada olduğum sirrdir" deyib. Onun dedikləri valideynlərini ciddi narahat edib. Hazırda diplomatlar və 23 yaşlı zambiyalının ailəsi Rusiyadan hadisənin bütün hallarını izah etməyi tələb edirlər.

bakupost.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.110642