Saat:11:40
Haqqımızda

Ruslar Suriyada sərab görürlər – Bayraktar TB2 qarşısında acizliklərini etiraf etmirlər

2021-07-29 14:17:00

Ruslar Suriyada sərab görürlər – Bayraktar TB2 qarşısında acizliklərini etiraf etmirlər

Hurriyyet.org xəbər verir ki, Rusiya mətbuatı Suriya, Liviya və Qarabağ müharibəsində türk dronları tərəfindən parçalanan sistemlərin bu dəfə hücuma cavab verdiyini iddia edib. Bayraktar TB2 qarşısında üç cəbhənin üçündə də çarəsiz qalan Rusiya rəqib olaraq Orion adlı silahlı dron istehsal edib.

Rusiya ilk dəfədir ki, uzun mənzilli hərbi təyyarələrini Suriyadakı Xmeymin bazasına endirib və NATO qüvvələri ilə qarşı-qarşıya gəlib.

İngiltərənin “HMS Queen Elizabeth” təyyarə gəmisinin liderlik elədiyi donanmanı sualtı gəmiləri ilə müşayiət edən Rusiya ordusu İstanbul boğazından keçirdiyi donanma ünsürlərini də Kipr sahillərində yerləşdirib.

İyul ayının əvvəlində başa çatan gərginlikdən sonra Rusiya bu dəfə illərlə göz yumduğu İsrail hücumlarına cavab verib və Suriyaya atılan İsrail raketləri vurulub.

Rusiya mətbuatı “Suriyadakı Rusiya qüvvələri İsrailin raketlərini və hərbi təyyarələrini vurmaq əmri verdi” başlıqlı məlumatlar verdikdən bir neçə gün sonra Türkiyəni hədəfə alan xəbərlər diqqəti cəlb eləməyə başlayıb.

Rusiya mətbuatı Suriya, Liviya və Qarabağda Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatları tərəfindən parçalanan Rusiya sistemlərinin ilk dəfə dronlara qarşı uğurla döyüşdüyünü irəli sürüb.

Heç bir müstəqil və rəsmi mənbə tərəfindən təsdiqlənməyən iddiaya görə, Pantsir-S sistemi Suriyanın şimalında hücuma hazırlaşan bir silahlı Bayraktar TB2 dronunu hədəfə alıb.

Rusiya mediyası sadalanan üç cəbhədə Bayraktar TB2 tərəfindən yerlə yeksan edilən Pantsir sistemini tərifləməyə çalışıb, suriyalı məmurların da Hama yaxınlığında baş verən hadisəni təsdiqlədiyini iddia edib.

Üç cəbhədə Bayraktar TB2 qarşısında aciz qalmış Rusiya Orion adlı silahlı dron istehsal edib və onu Suriyada sınaqdan keçirir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR