Ruslar qorxuya düşdü - HİMARS məhv edir

2022-07-25 11:29:00

Ruslar qorxuya düşdü - HİMARS məhv edir

HİMARS-ın silah anbarları və komanda məntəqələrinə uğurlu zərbələri rusları qorxuya salıb. Rusiya informasiya məkanında Ukraynaya qarşı müharibədə uğursuzluqdan qorxmağa başlayıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

İnstitutun analitiklərinin fikrincə, rus KİV-ləri HİMARS-ların Ukraynada peyda olmasını müharibədə dönüş nöqtəsi adlandırıblar.

“Silah anbarları, rabitə mərkəzləri və arxa bazalara zərbələrin gələcəkdə Rusiyanın hücumuna dağıdıcı təsir göstərdiyinə dair məlumatlar var. Bu baxımdan, işğalçılar HİMARS-dan gizlənmək üçün müxtəlif taktikalara, o cümlədən kamuflyaj və daimi yerdəyişmələrə əl atmalı olurlar. Bu addımlar da rus işğalçılarına kütləvi artilleriya atəşi həyata keçirməyə imkan vermir”, - məlumatda qeyd olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055322