Ruslar Luqanskdan çıxır, ukraynalılar isə əks-hücuma hazırlaşırlar

2022-09-12 16:49:00

Ruslar Luqanskdan çıxır, ukraynalılar isə əks-hücuma hazırlaşırlar

Hurriyyet.az xəbər verir ki, rusiyalı hərbçilər Luqansk vilayətindəki mövqelərini tələsik tərk edərək, öz ailələri ilə birlikdə bölgənin dərinliklərinə və Rusiya ərazisinə doğru geri çəkilirlər. Bu barədə məlumatı vilayətin Ukraynanın Luqansk vilayətinin Hərbi Administrasiyasının sədri Sergey Qayday öz “Teleqram” kanalında verib. Onun sözlərinə görə, tələsik evakuasiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu səbəbindən keçirilir.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin açıqlaması da onun sözlərini dolayısı ilə təsdiq edir – məlumata görə, sutka ərzində qondarma DXR və LXR ərazilərindən 17 min insan Rusiya ərazisinə keçib. Ötən həftənin əvvəlindən bəri buradan 116 min nəfər Rusiyaya gedib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059394