Ruslar geri çəkilərkən Berislavdakı elektrik stansiyasını partladıb – “Bu, terrordur...”

2023-01-03 17:21:00

Ruslar geri çəkilərkən Berislavdakı elektrik stansiyasını partladıb – “Bu, terrordur...”

Rus işğalçıları geri çəkilərkən Xerson vilayətinin Berislav şəhərində elektrik stansiyasını partladıblar.

Hurriyyet.az bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov yanvarın 3-də öz Twitter hesabında yazıb.

Xatırladaq ki, Cenevrə Konvensiyasına 1 saylı Əlavə Protokolun 51(2) maddəsi mühüm infrastrukturun məhv edilməsini qadağan edir. Nazir vurğulayıb ki, mühüm infrastruktur obyektlərinin dağıdılması terror aktı kimi tanınır, lakin bu da işğalçıları dayandırmayıb.

Reznikov onu da qeyd edib ki, Rusiyanın ətraf mühitə vurduğu ziyan 35,3 milyard dollar dəyərində qiymətləndirilir. Milyonlarla hektar qorunan ərazilər təhlükə altındadır.

Qeyd edək ki, 11 noyabr 2022-ci ildə Berislavda polis idarəsi üzərində Ukrayna bayrağı qaldırılıb. Həmin gündən şəhərdə sabitləşdirmə tədbirləri həyata keçirilir.

Berislav hərbi administrasiyasının rəhbəri Vladimir Litvinov ötən ilin noyabrında bildirmişdi ki, Berislavda RF Silahlı Qüvvələri tərəfindən yüksək gərginlikli elektrik xətləri partladılıb. İşğalçıların hərəkətləri nəticəsində 1,5 kilometrə yaxın dirəklər və elektrik xətləri sıradan çıxarılıb.

Yanvarın 2-də səhər saatlarında Rusiya ordusu yenidən Berislavın mərkəzindəki bazarı atəşə tutub.

Qeyd edək ki, Rusiya ordusu azad edilmiş Xersonu atəşə tutmaqda davam edir, lakin Ukrayna Silahlı Qüvvələri cavab atəşi ilə rus ordusunu geri çəkilməyə məcbur edir.

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.180199