"Ruslar ermənilərə Şuşanı təslim etdi ki, Tehran danışıqları uğursuz olsun”
.jpeg)
"İlk atəşkəs yaradılması missiyası İrana məxsus olub. Mən o dövrdə vasitəçi kimi Cənubi Qafqaz regionuna səfərlər etmişəm. Həm Ermənistanda, həm də Azərbaycanda olmuşam".
Hurriyyet.az xəbər verir ki, bunu Entekhab TV-yə müsahibəsində İranın veteran diplomatı Mahmud Vaezi deyib.
O əlavə edib: "Gürcüstana və Rusiya getmişəm. Hətta Qarabağda olmuş və onların qondarma rəsmiləri
ilə görüşmüşəm.
Hər iki tərəf - Azərbaycan və Ermənistan vasitəçiliyimizə hörmətlə yanaşıb. Amma Rusiya bu missiyamıza o cür münasibət bəsləmirdi".
Mahmud Vaezi 1992-ci ildə Tehranda Azərbaycan Milli Məclisinin sədri, Prezident əvəzi Yaqub Məmmədov və Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında keçirilmiş görüşün nəticələrini xatırlayıb:
"Prezident Rəfsəncani o zaman hər iki ölkənin dövlət başçısını qəbul etdi. Amma 1992-ci ildə ruslar ermənilərə Qarabağda bir məntəqəni (Şuşa - red.) ələ keçirməyə kömək etdilər, nəticədə Tehranda Bakı-İrəvan atəşkəs danışıqları uğursuzluğa düçar oldu.
Ruslar boyunlarına almadılar, dedilər bizlik deyil, separatçılara əmr Ermənistandan verilib".
