Ruslar dinc ukraynalıları pulemyotlar və snayper tüfəngləri ilə öldürüblər! Kiyev yaxınlığında mindən artıq cəsəd aşkar edilib

2022-04-22 15:31:00

Ruslar dinc ukraynalıları pulemyotlar və snayper tüfəngləri ilə öldürüblər! Kiyev yaxınlığında mindən artıq cəsəd aşkar edilib

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Kiyev vilayətində hüquq-mühafizə orqanları artıq 1084 mülki vətəndaşın cəsədini aşkar ediblər. Ölənlərin 75%-nin atıcı silahlarla vurulduğu bildirilr.

Bu barədə məlumatı Kiyev vilayətinin valisi Andrey Nebıtov aprelin 22-də televiziyaya açıqlamasında verib. Nebıtov deyib: “Demək istəyirəm ki, hazırda 1084 cəsəd var. Müstəntiqlərin baxış keçirməsindən sonra nəşlər məhkəmə-tibb müəssisələrinə aparılıb. Ölənlər nə ərazi müdafiə dəstələri, nə də digər hərbi hissələr ilə əlaqəsi olmayan insanlardır. Bu adamların əksəriyyəti, təqribən 50-75%-i atıcı silahlarla – yaşadığı məntəqədən asılı olaraq, ya pulemyotdan, ya adi, ya da snayper tüfəngindən açılan atəşlə öıdürülüb. Həlak olanlardan 300 nəfərə qədərinin kimliyi indiyə qədər müəyyənləşdirilməyib”.

Kiyev vilayətinin bir neçə rayonunun müvəqqəti işğalı zamanı rus işğalçıları insanlıqdan kənar vəhşiliklər ediblər: onlara heç bir müqavimət göstərməyən və heç bir təhlükəsi olmayan dinc sakinləri işgəncə verib və onları qəsdən güllələyiblər.

Xəbər verdiyimiz kimi, dünən Latviya Seymi Rusiya Federasiyasının Ukrayna dövlətinə qarşı hərbi təcavüzünü soyqırımı kimi tanıyıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya